Ucarda avtomobil aşıb, xəsarət alan var

Ucar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 46 yaşlı Əzizov Yaqub Davud oğlu 44 - BX -612 dövlət nömrə nişanlı “VAZ -21099” markalı minik maşınının idarəetməsini itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü Y.Əzizov müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri