Azərbaycanda oğul atasını qətlə yetirib
- 24.03.2014, 17:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 24-ü saat 03.00 radələrində qeydə alınıb.
İsmayıllı rayon sakini, ruhi xəstə Sadiq Həlimov evində ailə-məişət münaqişəsi zəminində atası Nadir Həlimova daşla xəsarət yetirib. N. Həlimov aldığı xəsarətdən hadisə yerində keçinib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S. Həlimov saxlanılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.