Azərbaycanda bayram günləri baş verən yol qəzalarının statistikası açıqlanıb

Azərbaycanda bayram günləri baş verən yol qəzalarında ölən və yaralanan şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən 4 gündə respublikanın avtomobil yollarında 67 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər dünyasını dəyişib, 91 nəfər isə yaralanıb.

Qəzaların böyük əksəriyyəti sərxoş sürücülər tərəfindən törədilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri