Azərbaycan bu gün “Eurovision 2013” mahnı müsabiqəsinin yarımfinalında çıxış edəcək

Bu gün İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçiriləcək.


Azərbaycan təmsilçisi Fərid Məmmədovun da iştirak edəcəyi ikinci yarımfinalda 17 ölkə arasından münsiflərin və tamaşaçıların səsverməsi əsasında 10 ölkə təmsilçisi mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.



Azərbaycan təmsilçisi Fərid Məmmədov “Hold me” mahnısı ilə mübarizəyə qoşulacaq.



Ötən gün “Malmö Arena”da II yarımfinal iştirakçılarının ikinci əsas məşqi baş tutub. Azərbaycan təmsilçisi Fərid Məmmədovun çıxışı qüsursuz olub və həm zaldakı məşqi izləyən tamaşaçılar, həm də Avropa media nümayəndələri tərəfindən alqışlarla qarşılanıb.



Qeyd edək ki, müsabiqənin II yarımfinal mərhələsi bu gün Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri