Bakıda naməlum kişi meyiti tapılıb

Bu gecə Bakının Binəqədi rayonunda kimsəsiz ərazidən kişi meyiti tapılıb.

APA TV-nin məlumatına görə, təxminən 30-35 yaşlı kişiyə məxsus meyit yol kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəxsiyyəti hələ dəqiqləşdirilməyən kişinin narkotikdən dozadan artıq istifadə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur. O, narkotikdən başqa yerdə istifadə edib, yolla gedərkən isə dünyasını dəyişib.

Binəqədi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır. Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına aparılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri