Sumqayıtda minik avtomobili yanıb
- 25.03.2014, 10:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində yolun kənarında vətəndaşa məxsus "Opel" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.