Bakıda sərxoş sürücülərə qarşı reydlər başlayıb

Bakı şəhərində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirir.

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bayram günlərində paytaxt ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədilə yol polisi axşam saatlarında sərxoş sürücülərə qarşı reyd keçirir.

V. Əsədov mart ayının 22-dən 25-dək paytaxt ərazisində yol polisi tərəfindən 161 sərxoş sürücünün nəqliyyat vasitəsini idarə etməsi faktının aşkar edildiyini bildirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri