Ucarda baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub

Bu gün Ucar rayonunda baş verən yol qəzasında ölən şəxsin şəxsiyyəti məlum olub.

Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, bu Ağdam rayon sakini 59 yaşlı Cabbarova Həqiqət Şükür qızıdır. Qeyd edək ki, hadisə bu gün 14:30 radələrində Bakı – Qazax yolunun 218 - ci kilometrliyinin Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” və bir benzin daşıyan yük maşının toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralıların ikisinin vəziyyətinin ağır, digər üçünün vəziyyətini isə orta – ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri