Xəzərdə 5 balıqçı itkin düşüb
- 26.03.2014, 03:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.
Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.
Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.
Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.