Almaniyanın “Bavariya” futbol klubu ölkə çempionluğunu qazanıb.
Münhenlilər həm də yeni rekorda imza atıblar.
Bundesliqanın 27-ci turunda səfərdə “Herta”ya qalib gələn “Bavariya” çempionluğu təmin edib. Buna “Borussiya”nın ev oyununda “Şalke” ilə heç-heçə etməsi də kömək edib. Çempionatın bitməsinə 7 həftə qalmış 77 xal toplayan münhenlilər ikinci yerdə gedən “Borussiya” ilə fərqi də 25 xala çatdırıblar. Artıq “Borussiya”nın “Bavariya”ya çatması qeyri-mümkündür.
Qeyd edək ki, “Bavariya” Almaniya çempionatı tarixində ən erkən çempionluq rekordunu da yeniləyib.