Yuliya Timoşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb
- 27.03.2014, 21:00,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu Y.Timoşenko bu gün Kiyevdə keçirdiyi brifinqdə bəyan edib.
“Bəli, mən prezident seçkilərində iştirak etmək istəyirəm”, - deyə o vurğulayıb.
Y.Timoşenkonun sözlərinə görə, o, martın 29-da “Batkivşina” partiyasının qurultayında onun prezidentliyə namizədliyinin irəli sürülməsini xahiş edəcək.
Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.