Bakıda üç avtomobil toqquşub, xəsarət alan var

Bu gecə Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, Şərifzadə küçəsi ilə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı avtomobil yol kənarında dayanmış iki maşına - "Mercedes" və NİVA-ya çırpılıb. Qəza nəticəsində "Hyundai"nin sürücüsü Məcidov Nurlan İntiqam oğru yüngül bədən xəsarətləri alıb.

Hər üç avtomobilə ziyan dəyib. Qəzaya səbəb olan avtomobil yol-patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Faktı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri