Ərdoğan iyunda Qəzzaya səfər edəcək

Ərdoğan iyunda Qəzzaya səfər edəcək Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qeyd edib ki Suriya ilə bağlı məsələdə ABŞ və Türkiyə arasında heç bir fikir ayrılığı yoxdur. APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında baş nazir qeyd edib ki, Suriya məsələsi danışıqlarda əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı öz mövqe və fikirlərini təqdim edib: “Suriyada qanlı münaqişəyə son qoymaq məsələsində Türkiyə və ABŞ arasında tam fikir birliyi var”.

Ərdoğan rəsmi Ankaranın Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumu nəticəsində həlak olan Türkiyə vətəndaşlarına görə Tel Əvivdən təzminat tələb etməsi məsələsi ilə bağlı qeyd edib ki, Türkiyə İsrail hökuməti ilə bu istiqamətdə danışıqları davam edir. Ərdoğan qeyd edib ki, onun iyunda Qəzzaya baş tutacaq səfəri Yaxın Şərq prosesinə, xüsusən də Fələstində barışıq prosesinə ciddi töhfə verəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri