Murad Dadaşov: “Kimsə axşam-axşam tort yemək istəyib”

Murad Dadaşov: “Kimsə axşam-axşam tort yemək istəyib” Tanınmış şoumen Murad Dadaşov ona məxsus olan “Côte d`Azur” şirniyyat mağazasının qarət olunmasına münasibət bildirib.


“Qafqazinfo”ya açıqlamasında şoumen mağazaya ziyan dəymədiyini bildirib:

“Böyük bir hadisə baş verməyib. Bir uşaq mağazanı qarət etmək istəyib. Heç bir ziyan dəyməyib, sadəcə bir telefon aparıb. Balaca mağazadır, orada nə qədər pul ola bilər? Yaşasın polislərimiz, cəld tərpənib qarətçini yaxalayıblar”.

Murad Dadaşov daha sonra zarafatla bildirib ki, kimsə axşam-axşam tort yemək istəyib, görüb ki, mağaza bağlıdır:

"Ona görə pəncərəni sındırararaq içəri daxil olub. Amma tortların maket olduğunu zənn edərək onlara dəyməyib, telefonu götürməklə kifayətlənib".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri