Bakıda 4600 manatlıq qələm oğurlandı

Bakıda dəyəri 4609 dəyərində qələm oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, martın 27-də Bakı şəhər sakini Aydın Beyişov Polis Bölməsinə müraciət edərək bildirib ki, 25.03.2014-cü il tarixdə Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nicat Mikayılov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri