Emin Ağalarov “Amor” adlı albomunu təqdim etmək üçün ABŞ-ın 5 populyar televiziya şousunda iştirak edib
- 30.03.2014, 01:36,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Emin Ağalarov “Amor” adlı albomunu təqdim etmək üçün ABŞ-ın 5 populyar televiziya şousunda iştirak edib.
Müğənni Emin Ağalarov həmçinin atasının rəhbərlik etdiyi “Crocus Group” şirkətinin “Russkiy adası”nda inşa etdiyi şəhərin şəkillərini də yayıb.
Xatırladaq ki, Emin Ağalarov iyul ayının 17-də Bakıda Yaşıl Teatrda çıxış edəcək.
Bundan öncə o, iyun ayının 21-də Sea Breeze-də canlı konsertlə pərəstişkarlarını sevindirəcək.
Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb. Emin ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki, albomdakı Don't Cry mahnısı "0-cı kilometr" filminin saundtrekində yer alıb.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.
Emin Ağalarov Tvitter-də öz şəkillərini paylaşıb. Həmçinin oğullar Əli və Mikayıl da şəkillərdə yer alıblar.
Qeyd edək ki, Emin son günlər Mayami və Dubayda çəkilən şəkilləri ilə bölüşüb.