Londonda polis Nigarla şəkil çəkdirmək istəyib
- 30.03.2014, 01:52,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Londonda yaşayan azərbaycanlı müğənni Nigar Camal maraqlı hadisədən bəhs edib.
ANS-in məlumatına görə, “Eurovision 2011”-in qalibi olan cazibədar xanım yol qaydalarını pozduğuna görə, polis tərəfindən saxlanıldığını bildirib. Şəxsi İnstagram səhifəsində foto paylaşaraq bu barədə xəbər verən ifaçı maraqlı hadisə ilə üzləşdiyini vurğulayıb. O, qaçılmaz vəziyyətdən müğənni kimi tanınmağı sayəsində çıxdığınl deyib:
“Bu gün polis saxladı. Məni tanıyandan sonra bir şəkil çəkdirmək istədi. Cərimə etmədən buraxdılar. Halbuki yüngül qayda pozuntusu etmişdim”. İfaçının sosial şəbəkədə paylaşdığı şəkli sizə təqdim edirik.
Qeyd edək ki, Nigar Camal artıq bir neçə ildir ki,əkiz qızları ilə birlikdə Londonda yaşayır. Xüsusi dəvət və yeni layihələri ilə bağlı olaraq Azərbaycana üz tutur.