Ramal klip təqdimatında yarıçılpaq qızların əhatəsində

Ramal klip təqdimatında yarıçılpaq qızların əhatəsində Gənc müğənni və bəstəkar Ramal İsrafilov qalmaqallara səbəb olan "Biletini alma" mahnısına çəkdirdiyi klipini təqdim edib.

İfaçı paytaxtın tanınmış məkanlarından birində sənət yoldaşlarını və media nümayəndələrini ətrafına toplayıb yarıçılpaq qızların əhatəsində təqdimat keçirib. Sözü və musiqisi Ramalın özünə aid olan mahnının rejissoru Şahin Zəkizadədir.

İfaçı bundan öncə mahnını xalq artisti Aygün Kazımovaya versə də özü də oxuyub klip çəkdirmək həvəsinə düşüb: "Bu mahnını çox bəyənirəm. Bəstənin müəllifi mənəm. Heç kim bu mahnını ifa etməyimə görə inciməsin. Bu mahnı ətrafında Aygün Kazımova ilə problemlər yaşandı, amma klipi ona acıq vermək üçün çəkməmişəm”.

Ramal İsrafilov bu klipə küllü miqdarda pul xərclədiyini deyib və ekran işində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə maraqlı məqamlardan biri də ifaçının mahnını ifa edərkən yarıçılpaq, cazibədar xanımların onu müşayiət etməsi olub. Klip təqdimatında Natəvan, Emil Bədəlov, Günay İbrahimli, Kərim Abbasov, Elza Seyidcahan, Mirkamil Kamilov, Elnur Məmmədov və digərləri iştirak ediblər.

Bundan əlavə olaraq Ramal mərasimə qatılan sənət yoldaşları arasında maraqlı oyunlar keçirib. Viktorinada qalib gələnlərə İstanbul, Dubaya və "Şahdağ"a istirahət kuponu əldə ediblər.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri