Gəncədə qar yağır
- 30.03.2014, 11:08,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gecə saatlarından Gəncəyə yağan qar artıq yerdə oturmağa başlayıb və yağmaqda davam edir.
Şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.
Qeyd edək ki, gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.
Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq.
Trend