Bakıda yanan yük maşını söndürülüb

Bakıda yanan yük maşını söndürülüb.

Hadisə yerində olan şahidlərin Trend-ə bildirdiyinə görə, Bakının Badamdar qəsəbəsində maşın bazarının yaxınlığında "90 MQ 331" dövlət nömrə nişanlı ərzaq məhsulları daşıyan orta tutumlu yük avtomobili yanıb, partlama təhlükəsi yaşanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Polis əməkdaşları yolu bağlayıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri