"Qarabağ" "Qəbələ"ni 3 topla keçdi, "İnter" - "Rəvan" matçı təxirə salındı

Bu gün Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilməli olan "İnter" - "Rəvan" matçı qarlı hava şəraiti səbəbindən təxirə salınıb.

Trend-in məlumatına görə, görüşün 11-ci dəqiqəsində baş hakim Elvin Əsgərov oyunu yarımçıq saxlayıb və matçın sabah saat 17:00-da yenidən keçirilməsinə qərar verilib. Qarşılaşma qaldığı vaxtdan davam edəcək.

"Qarabağ" - "Qəbələ" matçı isə baş tutub. İlk hissə qolsuz bərabərə qalsa da, 49-cu dəqiqədə Çumbinyo, 64-cü dəqiqədə isə Reynaldo qəbələliləri məyus edib. Oyunun başa çatmasına 3 dəqiqə qalmış Reynaldo dubl edib - 3:0.

Beləliklə, 28 oyundan sonra xalını 61-ə çatdıraraq birinci sıradakı mövqeyini bir qədər də möhkəmləndirilib.

Turun digər oyunlarının nəticələri:

"Neftçi" - "Xəzər Lənkəran" - 1:0
"Bakı" - "Simurq" - 2:1
"Sumqayıt" - AZAL - 2:1
Şərhlər
İdman bölməsinin xəbərləri