Türkiyədə AKP və CHP xəbər agentliklərini seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham edib

AKP-nin Ankardakı namizədi Melih Gökçek “Hizmet” Hərəkatına bağlı olan “Cihan” xəbər agentliyini Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrini saxtalaşdıraraq, ictimaiyyətə açıqlamaqda ittiham edib.

APA-nın xəbərinə görə, M. Gökçek bildirib ki, o, Ankarada rəqibi, CHP-nin namizədi olan Mansur Yavaşa 50 faizə 39 faiz nisbəti ilə qalib gələcək.

M. Gökçek CHP-dən olan rəqibi ilə “Cihan” xəbər agentliyini işbirliyi qurmaqda qınayıb: “ Mən hər kəsi “Cihan” xəbər agentliyinə inanmamağa çağırıram. Çünki onlar səslərin nəticələrini saxtalaşdırırlar. Bunun məqsədi isə vətəndaşları küçələrə tökməyə çalışmaqdır”.


M. Gökçekdən əvvəl isə CHP-nin Ankaradan olan namizədi Mansur Yavaş mətbuat konfransı keçirərək, Ankarada səslərin 50 faizini qazanması barədə məlumatı olduğunu deyib.

CHP isə bir mətbuat açıqlaması ilə rəsmi Anadolu Agentliyini (AA) seçkinin nəticələrini saxtalaşdıraraq yaymaqda ittiham edib. CHP-nin iddiasına görə, AA CHP-nin aldığı səsləri azaldaraq məlumat yayır.

İstanbulda isə AKP-nin İstanbul İl Başqanı Əziz Babuşçu mətbuat konfransı keçirərək, aldıqları məlumata görə, İstanbulda AKP-nin namizədi Kadir Toppaşın qalıb olduğunu açıqlayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri