Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi cəbhə bölgəsində yerləşən hərbi birləşmələri yoxlayır
- 01.04.2014, 12:07,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələri təftiş edir.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlılığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatın, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitin yoxlanılmasıdır.