Çili sahillərində 8.2 bal gücündə zəlzələ baş verib
- 02.04.2014, 08:15,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çili sahillərində 8.2 bal gücündə zəlzələ baş verib.
APA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidməti Çili, Peru və Ekvador üçün sunamı təhlükəsi elan olunub.
Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Çilinin liman şəhəri olan İkike şəhərindən 86 km şimal-qərbdə yerləşib.
Sunami təhlükəsi ilə əlaqədar olaraq ölkə rəhbərliyi sahilyanı rayonların köçürülməsi barədə elan edib.
Rəsmi qurumların məlumatına görə, insan tələfatı yoxdur və binalara ciddi zərər dəyməyib.