Azərbaycan güləşçisi Avropa çempionu oldu
- 03.04.2014, 01:04,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Finlandiyanın Vantaa şəhərində sərbəst güləş üzrə Avropa çempionatı keçirilir.
APA-nın məlumatına görə, çempionatın ikinci günündə Azərbaycan təmsilçisi Hacı Əliyev (61 kg) qızıl medal qazanıb.
O, 1/8 finalda Aleksandr Semisorovu (Almaniya), 1/4 finalda gürcüstanlı Beka Lomtadzeni, yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptarı üstələyib.
Finalda Hacı Əliyevin rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqeryev olub. 12-5 hesabı ilə rəqibinə qalib gələn idmançımız Avropa çempionu adına layiq görülüb.