Çili sahillərində 6,4 bal gücündə zəlzələ baş verib
- 03.04.2014, 08:16,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə (Bakı vaxtı ilə 06:58-də) Çili sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Çilinin liman şəhəri olan İkike şəhərindən 47 km qərbdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə operativ məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Bu, həftə ərzində Çilidə baş verən ikinci güclü zəlzələdir.