“Fitch Ratings” “Baghlan Group”-un reytinqini aşağı salıb və reytinq siyahısından çıxarıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi "Baghlan Group FZCO”-nun uzunmüddətli reytinqini aşağı salıb.

Bu barədə agentliyin yaydığı məlumatda qeyd olunur.
 
APA-nin xəbərinə görə, “Fitch Ratings” şirkətin emitent defoltunun uzunmüddətli reytinqini “B”-dən “RD”-dək (məhdud defolt) salıb.
 
Bununla yanaşı, agentlik şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb: “Baghlan Group FZCO” ötən ilin dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. Cari ilin martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib”.
 
Məlumatda qeyd olunur ki, "Fitch" daha mövcud emitentə reytinq vermir və onunla bağlı təhlil aparmır. Geri çağırılmaya səbəb odur ki, agentliyin reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyasının olmamasıdır.
 
“Baghlan Group FZCO”-dan məsələyə münasibət bildirilməyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri