AFFA telekanallar üçün tender elan edir

AFFA telekanallar üçün tender elan edir Mayın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edir.


Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək AFFA-ya müraciət edə bilər.


Yayım hüququ (texniki xərc daxil deyil) 15 min manat təşkil edir. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.
Şərhlər
İdman bölməsinin xəbərləri