Rəqqasə Fatimə Fətəliyeva şou nümayəndələrini və media əhlini başına toplayaraq 36 yaşını qeyd edib.
“Qafqazinfo”nun məlumatına görə, tanınmış məkanların birində doğum gününü qeyd edən rəqqasə sənət dostları ilə birgə hazırladığı, hind filmindən götürülmüş “Om şhanti om” mahnısına çəkdirdiyi klipi təqdim edib.Müğənnilərin musiqili təbrikindən sonra rəqqasə milli yeməyimiz plovu rəqqasların və tarın müşayiəti ilə qonaqlara təqdim edib.
Doğum günü mərasiminə təbrik etməyə sənət dostları Nazpəri Dostəliyeva, Mətanət İsgəndərli, Sevda Yahyayeva, Nadir Qafarzadə, Vasif Məhərrəmli, Kərim Abbasov, Roza Zərgərli, Sevda Sanalıyeva, aşıq Samirə, meyxanaçı Namiq Qaraçuxurlu, Aysel Əlizadə, Coşqun və Rafael, prodüserlər Tolik, Təranə Səmədova və başqaları qatılıb.