Con Kerri 10 gün ərzində Rusiya, Ukrayna, ABŞ və Avropa Birliyi arasında danışıqların başlanmasını təklif edib

Bu gün ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar Con Kerri 10 gün ərzində Rusiya, Ukrayna, ABŞ və Avropa Birliyi arasında danışıqların başlanmasını təklif edib.

Bu barədə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib. “Kerri və Lavrov yaxın günlərdə Ukraynada gərginliyin azaldılması istiqamətində birbaşa çoxtərəfli danışıqların keçirilməsinin mümkünlüyünü müzakirə ediblər” – deyə Psaki bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri