Dövlət Bağçalı: “Ərdoğandan prezident olmaz”

“Danışılanlara görə, heç prezident seçkisi keçirməyə ehtiyac qalmayıb, baş nazirlə hörmətli Gül öz aralarında anlaşanda məsələ həll olunacaq. 77 milyonluq ölkədə prezidentliyə iki nəfərin layiq görülməsi millətimizə hörmətsizlikdir”.

APA-nın xəbərinə görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısında çıxışında deyib.

D. Bağçalı bildirib ki, prezident bütün milləti təmsil edən, barəsində hər hansı şübhə və korrupsiya iddiası olmayan şəxs seçilməlidir: “Əvvəlcə muxtariyyətə, sonra Quzey Kürdüstana açıq qapı buraxandan prezident olmaz. Cəmiyyəti qütblərə və 36 yerə ayırandan prezident olmaz. “Twitter”i əngəlləyən, “YouTube”u bağlayan, fərdi hüquqları məhdudlaşdırandan prezident olmaz. Rüşvətçilərə, oğrulara qol-qanad gərəndən prezident olmaz. Villalara dollarlar toplayan, orduya tələ qurandan prezident olmaz. Millətçiliyi ayaqlar altına alandan prezident olmaz. İki yanlışdan bir doğru çıxmaq. Təkədən süd çıxmaz, suda od yanmaz, Rəcəb Tayyib Ərdoğandan da prezident olmaz“.

Xatırladaq ki, bu il avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Prezidenti ilk dəfə olaraq xalq seçəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri