ARDNŞ Qaraçuxurda baş verən qaz sızması ilə bağlı açıqlama yayıb
- 08.04.2014, 19:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının Qaraçuxur qəsəbəsində baş verən qaz sızması ilə bağlı açıqlama yayıb.
ARDNŞ-dən APA-ya verilən məlumata görə, şirkətin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin qəsəbə ərazisində yerləşən qazpaylayıcı stansiyasında rekonstruksiya və torpağın rekultivasiyası işləri aparılıb, ərazi SSRİ vaxtından yerin altında qalmış boru hissələri və dəmir qırıntılarından təmizlənib.
Bu zaman yerin altında çoxdan qalmış köhnə odarant qabı üzə çıxıb və onun içində olan odarant qalıqlarının iyi ətrafa yayılıb. Bu, əhali arasında qısamüddətli təşviş yaratsa da, görülmüş operativ tədbirlər nəticəsində insident aradan qaldırılıb.