“Qalatasaray” baş məşqçi Roberto Mançini ilə vidalaşa bilər
- 08.04.2014, 19:24,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qalatasaray” mövsümün sonunda baş məşqçi Roberto Mançini ilə vidalaşa bilər. APA-nın məlumatına görə, Superliqanın hesabat turunda əzəli rəqibi “Fənərbaxça”ya 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, düşərgədə sular durulmur.
Uğursuz çıxışda günahlandırılan 49 yaşlı italiyalı çalışdırıcının futbolçularla probleminin olması da ziyanına işləyən amil kimi göstərilir.
İtaliya mediasının yazdığına görə, “Qalatasaray”la 3 illik müqaviləsi olan Mançininin yeni mövsümdən “İnter”in “sükanı arxası”na keçmək ehtimalı yüksəkdir. Hətta Mançiniyə təklif olunan məbləğ də mətbuata sızıb. Əgər bu iddialar düzgün çıxarsa, çalışdırıcı “İnter”də ilinə 4 milyon avro alacaq.
Qeyd edək ki, “Qalatasaray” kimi “İnter”in də ölkə çempionatında vəziyyəti yaxşı deyil. Milanlılar A seriyasında 32 turdan sonra 50 xalla 5-ci yerdədir. “Sarı-qırmızılar” isə 28 oyundan sonra 2-ci pillədə qərarlaşıb. Onlar “Fənərbaxça”dan bir oyun çox keçirsələr də, 7 xal geridirlər.