Hollandiyalı məşqçi: “Qarabağ”da bu işi mən görəcəyəm”
- 08.04.2014, 19:25,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Belə səfərlər tez-tez ələ düşmür. İndi mənim o tərəflərə getmək şansım var”. APA-nın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun yeni idman-direktoru Con van Loen deyib.
Ağdam təmsilçisinə təyinatından danışan Loen Hollandiya mətbuatına verdiyi açıqlamasında bildirib ki, yeni işinə başlamasını səbirsizliklə gözləyir: “Öz tərcümeyi-halımı göndərmişdim. Artıq cavab gəlib. Digər məşqçilərlə birgə bu vəzifəyə təyin olunmuşam. İndi isə bu səfəri səbirsizliklə gözləyirəm”.
Bu həftə ərzində “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarda işinə başlayacaq 49 yaşlı mütəxəssis Azərbaycanda görəcəyi işdən qısa da olsa bəhs edib: “Klubda milli assosiasiyanın təyinatı ilə işləyəcəyəm. Çünki Azərbaycanda gənc futbolçulara dair proqramlar hələ ibtidai başlanğıc formasındadır. Yerli assosiasiya hər kluba yeni mütəxəssis təyin edir ki, futbolçular yaxşı təlim-tədrislə, o cümlədən yaxşı yaşayışla təmin olunsun. “Qarabağ”da da bu işi mən görəcəyəm”.
Qeyd edək ki, Hollandiya yığmasının sabiq hücumçusu olmuş van Loen “Utrext”, “Anderlext”, “Ayaks”, “Feyenoord”, APOEL kimi klubların şərəfini qoruyub. O, 1998-ci ildən məşqçilik karyerasına başlayıb. “Utrext”də köməkçi məşqçi kimi çalışmış van Loenin son iş yeri həvəskar klub olan “DOS 37” olub.