Bakının Nobel prospektinə paralel 8 zolaqlı yeni avtomobil yolunun inşası davam edir
- 08.04.2014, 20:30,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nobel prospektinə paralel 8 zolaqlı yeni avtomobil yolunun inşası davam edir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyev bildirib ki, avtomobil yolunun uzunluğu 2200 metr təşkil edəcək.
Onun sözlərinə görə, yol boyu 3 piyada keçidinin tikintisi də planlaşdırılır. P.Mürsəliyev əlavə edib ki, piyada keçidlərindən ikisi iki giriş-çıxışlı, biri isə üç giriş çıxışlı olacaq: "Piyada keçidlərinin hər giriş-çıxışında ekskalatorlar quraşdırılacaq. Piyada keçidlərinin birində əsas işlər yekunlaşıb, digər iki piyada keçidində işlərin 60 faizi görülüb. Hazırda tikinti işləri davam etdirilir".
P.Mürsəliyevin sözlərinə görə, 2015-ci ilə qədər həmin yolun istismara veriləcəyi gözlənilir.