Daxili İşlər Nazirliyi Almaniya vətəndaşının qız üstündə qətlə yetirildiyini açıqlayıb

Daxili İşlər Nazirliyi Almaniya vətəndaşının qız üstündə qətlə yetirildiyini açıqlayıb Daxili İşlər Nazirliyi (DİN) Bakıda qətlə yetirilən Almaniya vətəndaşı ilə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisindən Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb. Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov və daha bir nəfər - Ağdaş rayon sakini Rüfət Zakirov şübhəli şəxs qismində tutulublar: “İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, Vüsal Şilder adını məlum səbəblərdən çəkmək istəmədiyimiz bir azərbaycanlı qızla ailə həyatı qurmaq məqsədilə tanış olaraq yaxınlıq edib. Lakin sonradan həm qız, həm də valideynləri bunun əleyhinə çıxıb, münasibətlərin davam etdirilməsini istəməyiblər.


Vüsal Şilder onları qızın müxtəlif formada çəkdiyi şəkillərini sosial şəbəkələrdə yayacağı hədəsi ilə şantaj edib və özü də elə həmin şantajın qurbanı olub. Bəzi mətbuat orqanlarında Tariyel Ağayevin adının hallandırılmasına cavab olaraq bildiririk ki, əməliyyat-istintaq qrupunda cinayətin törədilməsində onun iştirakını, yaxud hər hansı formada əlaqəsini təsdiq edən məlumat yoxdur”.


Hazırda cinayət işinin istintaqı prokurorluq orqanlarında davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri