Bakı Şəhər Baş Polis İdarəsi tanınmış prodüserin qarət olunması ilə bağı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi prodüserin qarət olunması faktı ilə bağı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, aprelin 10-da naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.
 
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.
 
Qeyd edək ki, S. Məmmədova bir neçə tanınmış müğənninin prodüseri olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri