Kerri Yaxın Şərq turnesində Suriya, İsrail və Fələstin məsələlərini müzakirə edəcək

ABŞ-ın dövlət katibi Con Kerri 21-27 may tarixlərində edəcəyi Yaxın Şərq və Şimali Afrika turnesində Suriya, İsrail və Fələstin məsələlərini müzakirə edəcək.


Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Kerri mayın 21-də Omanda ikitərəfli münasibətləri müzakirə edəcək. Növbəti gün dövlət katibi İordaniyaya gedəcək.

Məlumatda bildirilir ki, 23-24 may tarixlərində İsrail və Fələstin milli administrasiyasının rəhbərlərilə Yerusəlim və Ramallahda görüşlər keçirəcək Kerri tərəflərə birbaşa danışıqlara başlamaq üçün kömək edəcək.

Mayın 24-25-də Efiopiyanın paytaxtında Afrika Birliyinin sammitində iştirak edəcək dövlət katibi, səhəri gün yenidən İordaniyaya qayıdacaq.
Mayın 26-da burada Ümumdünya İqtisadi Forumu keçiriləcək.

Qeyd edək ki, mayın 22-də Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsi üçün görüş də planlaşdırılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri