Daxili İşlər Nazirliyi tanınmış aparıcı İlham Mirzəyevin saxlandığını təsdiqləyib

Daxili İşlər Nazirliyi tanınmış aparıcı İlham Mirzəyevin saxlanıldığını təsdiqləyib.
 
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, İlham Mirzəyev bu gün polis orqanları tərəfindən tutulub.
 
Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri