Masallıda baş verən qətlin təfərrüatları məlum olub

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, bu gün həyat yoldaşı tərəfindən qətlə yetirilən Aysel Xancanova ay yarım öncə evdən çıxaraq naməlum ünvanda yaşayıb. Onun qayınatası Mirsalman Ağayevin sözlərinə görə, gəlinin qəfildən yoxa çıxması faktı ilə bağlı polis orqanlarına məlumat verilib. Sonradan məlum olub ki, A. Xancanova Bakıdakı kafelərin birində işləyir. İki gün öncə isə rayona qayıdan Aysellə əri Mirpaşa arasında mübahisə düşüb. Mübahisə qətllə nəticələnib.

İlkin araşdırmalardan o da məlum olub ki, M. Ağayevlə A. Xancanovanın nikahları qeyri-rəsmi olub və onların üç övladı (6 yaşlı Nursel, 5 yaşlı Nərgiz və 1,5 yaşlı Rza) var.

O da bildirilib ki, M. Ağayevin bacısı A. Xancanovanın qardaşının arvadıdır.

Masallının Dadva məhəlləsindən gəlin köçmüş A. Xancanova ərinin doğulduğu Seyidlər kəndində dəfn olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri