İlham Mirzəyevə məxsus “İlhaMed” klinikasına Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib

Bu gün saxlanılan teleaparıcı İlham Mirzəyevə məxsus “İlhaMed” klinikasına Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili APA-ya açıqlamasında deyib ki, bu klinika tibbi fəaliyyət göstərməyib və orda insanlara psixoloji yardım olunub. Onun sözlərinə görə, belə müəssisələr isə Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmır: “Yalnız tibbi fəaliyyətlə məşğul olan müəssisələr Səhiyyə Nazirliyindən lisenziya almamalıdırlar. Tibbi fəaliyyətlə məşğul olan müəssisələrə lisenziya verilir və onlar mütəmadi olaraq yoxlanılır. Psixoloji yardımın verilməsi isə tibbi fəaliyyət sayılmır. Ona görə də “İlhaMed” klinikasına nə nazirlik tərəfindən lisenziya verilib, nə də yoxlama aparılıb”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri