Gədəbəydə avtomobil dərəyə aşıb, ölən var
- 12.04.2014, 08:29,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda “VAZ” markalı minik avtomobili dərəyə yuvarlanıb.
Nəticədə, sürücü avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub.
Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.