Qubada yol qəzası nəticəsində ölən və xəsarət alan hərbiçilərin şəxsiyyətləri müəyyənləşib, ölənlərin sayı 5-ə çatdı

Bu gün səhər saatlarında Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, Daxili Qoşunlara məxsus olduğu bildirilən "Ural" markalı maşının Atuc kəndi yaxınlığında dərəyə yuvarlanması nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Quba rayon Mərkəzi Xəstəxanasından RTV-yə verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

RTV-nin əldə etdiyi son məlumata görə, qəzaya düşən hərbiçilərdən daha bir nəfər dünyasını dəyişib. Bununla da qəzada ölən hərbiçilərin sayı 4-ə çatıb. Yaralananların sayı isə 7 nəfər olub.

RTV xəbər verir ki, Qubada baş verən yol qəzasında ölən və yaralanan hərbiçilərin adları məlum olub.


Son məlumata görə, yol qəzasında xəsarət alan hərbiçilərdən biri də dünyasını dəyişib. Qəzaya uğrayan nəqliyyat vasitəsi Sovet istehsalı olan 10 EX 294 dövlət qeydiyyat nişanı olan "RAF" markalı mikroavtobus olub. Avtomaşın Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 179-cu km-də idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. İlkin məlumatlarda isə "Ural" markalı maşının yol qəzasına düşdüyü bildirilirdi.
Ölənlər - Bayramov Ayaz Rəşid oğlu, Əliyev Seymur Tələt oğlu, Adıgözəlov Rəşad Niyaz oğlu, İsmayılov Elmir, İsmiyev Elbəy Ədalət oğludur.

Xəsarət alanlar - Qazax rayon sakini, 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-ci il təvəllüdlü Bakı şəhəri, Nəriman rayon sakini Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü, Qazax rayon Hüseynbəyli kənd sakini Həsənov Elnur Maksim oğlu, İsayev Namiq Qəhrəman oğlu, Mingeçevir şəhər sakini Musayev Ruslan Sabir oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğludur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri