“Borussiya” “Bavariya”nı öz meydanında darmadağın etdi

Futbol üzrə Almaniya Bundesliqasında sonuncu - XXX turun görüşləri keçirilib.

Turun ikinci oyun günündə daha 6 görüş baş tutub.

Bundesliqasının sonuncu turu çərçivəsində "Borussiya" (Münhenqladbax) - "Ştuttqart" görüşündə qalib müəyyənləşməyib. "Frayburq" "Braunşveyq"i (2 - 0), "Hannover" "Hamburq"u (2 - 1), "Maynts" "Verder"i (3 - 0), "Volfsburq" "Nürnberq"i (4 - 1) məğlub yola salıb.
"Bavariya" isə öz meydanında Dortmund "Borussiya"sına böyük hesabla uduzub - 0:3.


Almaniya Bundesliqası, XXX tur

12 aprel
“Borussiya” (M) – “Ştuttqart” - 1:1
Qollar: Aranqo, 89 - Didavi, 12.

“Frayburq” – “Braunşveyq” - 2:0
Qollar: Vrançiç, 8-öz qapısına, Şuster, 48.

“Hannover” – “Hamburq” - 2:1
Qollar: Ştindl, 9, K.Ya, 86 - H.Çalhanoğlu, 48.

“Maynts“ – “Verder” - 3:0
Qollar: Petersen, 5, Morits, 16, Malli, 39.

“Volfsburq” – “Nürnberq” - 4:1
Qollar: Oliç, 19, Perisiç, 22; 83, Adje, 69 - Feulner, 8.

“Bavariya” – “Borussiya” (D) - 0:3
Qollar: Mxitaryan, 20, Roys, 49, Hofmann, 56.

13 aprel
18:30. “Bayer“ – “Herta”
20:30. “Hoffenhaym” – “Auqsburq”
Şərhlər
İdman bölməsinin xəbərləri