Şirvanda ər arvadını qətlə yetirib
- 13.04.2014, 16:13,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şirvanda ər arvadını qətlə yetirib.
Bu barədə APA-ya Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də qətl hadisəsi baş verib.
Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib. Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbləri qəbul edib. Hal-hazırda o, Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətəndirilir. Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.