Azərbaycanda ötən ay kartof və quş ətinin istehsalçı qiymətləri bahalaşıb
- 14.04.2014, 20:13,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3%, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,1 və 0,2% bahalaşıb.
Məlumata görə, birillik bitkilərdən lobya dəninin istehsalçı qiymətləri 0,5%, kələmin 1,0%, kartofun 0,2%, quru otun istehsalçı qiymətləri 0,6% bahalaşıb.
“Göyərtilərin istehsalçı qiymətləri 1,1%, baş sarımsağın 0,1%, baş soğanın 0,2%, yoncanın istehsalçı qiymətləri isə 2,4% ucuzlaşıb. Çoxillik bitkilərdən fındığın və qozun istehsalçı qiymətləri müvafiq olaraq 2,7 və 0,5% bahalaşıb”, - deyə komitənin məlumatında bildirilib.
Qeyd edək ki, diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6%, camışın 2,2%, mal ətinin (diri çəkidə) 0,3%, südün 1,8%, diri qoyun və keçilərin 1,1%, yumurtanın istehsalçı qiymətləri isə 4,6% ucuzlaşıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 4,0% bahalaşma müşahidə olunub.