Salyanda çayda naməlum kişi cəsədi aşkarlanıb
- 16.04.2014, 10:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 21:18-də başa çatıb.