Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində konsert proqramı təqdim edəcək
- 16.04.2014, 23:58,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Norveçli müğənni və skripkaçı, "Eurovision-2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak (Alexander Rybak) mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, A.Rıbak həmin gün Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.
Qeyd edək ki, A.Rıbak layihə ilə əlaqədar Bakıya konsert tarixindən 3 gün əvvəl gələcək, səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək. O, Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestrlə birgə çıxış edəcək.
Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A.Rıbak bölüşəcək. Üçüncü hissədə isə A.Rıbak solo konsertlə çıxış edəcək. Tamaşaçılara A.Rıbakın repertuarından hitlər və digər mahnılar təqdim olunacaq.
Xatırladaq ki, A.Rıbak 2009-cu ildə "Farytale" mahnısı ilə "Eurovision" mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib.