San-Marinoda "Baki 2015" Avropa Oyunlari ilə bağli təqdimat keçirilib
- 18.05.2013, 18:17,
- Cəmiyyət / Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
16-18 may 2013-cü il tarixlərində San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib. Tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya Komitələrinin nümayəndə heyətləri iştirak ediblər. Bu barədə Trend-ə Milli Olimpiya Komitəsindən (MOK) daxil olan məlumatda deyilir.
Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva təmsil edib.
K. Nurullayeva seminarda "Bakı 2015" layihəsi haqda geniş məlumat verib və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulayıb:
"Avropa Oyunlarına iki il vaxt qaldığından biz hazırda bütün gücümüzlə idman və qeyri-idman obyektlərini tam hazır etməyə çalışırıq. "Bakı 2015" idman tarixində bir zəfər olacaq və biz bir neçə idman növü üzrə belə bir mötəbər yarışın şəhərimizdə keçiriləcəyindən dolayı çox məmnunuq".
Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos tədbirdə ətraflı məruzə ilə çıxış edib.