Nobel mükafatlı yazıçı Qabriel Qarsiya Markes vəfat edib
- 18.04.2014, 08:06,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nobel mükafatı laueratı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes (Gabriel Garcia Marquez) 87 yaşında Meksikada vəfat edib. APA-nın xəbərinə görə, bu barədə BBC yazıçının ailəsinə yaxın mənbəyə istinadən məlumat verib.
Yazıçı pnevmaniyadan əziyyət çəkirdi. O, bir müddət öncə xəstəxanaya da yerləşdirilmişdi.
Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.
Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.
"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.
1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur.